Türkiyənin Şırnak vilayətində baş verən partlayış nəticəsində 4 nəfər həyatını itirib.
Еукуаышя.фя Anadolu agentliyinə istinadən xəbər verir ki, ölənlər yerli şirkətin işçiləri olub. Onlar hadisə zamanı avtomobillə hərəkətdə olub. Partlayışın əraziyə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyi güman edilir. Hadisənin səbəbləri araşdırılır.