Son iki ayda Ermənistan ordusunda qeyri-döyüş şəraitində 13 hərbçi ölüb

0
113

“Vəzifəmdən istefa vermək niyyətində deyiləm”.

News.am xəbər verir ki, bu sözləri Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan son vaxtlar orduda qeyri-döyüş şəraitində ölüm hallarının artmasını şərh edərkən deyib.

Son iki ayda Ermənistan ordusunda qeyri-döyüş şəraitində 13 hərbçi ölüb.

A.Davtyan deyib ki, 13 hərbçidən dördü xəstəlik, dördü isə bədbəxt hadisə nəticəsində ölüb.

Agentlik məlumat verir ki, bu gün Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölüm hallarının artması ilə əlaqədar, parlamentin İnsan haqları və ictimai məsələlər komissiyasında qapalı iclas keçirilib.

İclasda əsgər ölümlərinin əksəriyyətinin intihar olduğu vurğulanıb.

istinad:oxu.az