” Son Vəsiyyət ”
Sızıldayır sümüklərim
yatammıram məzarımda
Vətən deyə can verdiyim
Satılır pul bazarında.
Məhv edirlər vətənimi
Haqq yolundan kənar kəslər
Qalx ayağa ey millətim
Azərbaycan sizi səslər
“Balıq başdan iylənərmiş”
Hamı yaxşı bilir bunu
Niyə kimsə görmür axı
Uçurumdur yolun sonu
Hamı dildə vurur,yıxır
Kimə sorsan “pəhləvandır”
Bəs söyləyin şəhidlərin
Qisas günü nə zamandır?!
Haqqı vardır şəhidlərin
Yediyiniz çörəkdə də
Vətən söz də sevilməsin
Sevin onu ürəkdə də
Bax tarixə utan bir az
Azərbaycan övladısan
Qarış-qarış hissə-hissə
Vətən satan övladısan
İndi satqın şərəfsizlər
Höküm sürür vətənində
Susma artıq azca vicdan
Varsa sənin bədənində
Don geydirmə qorxuna sən
Ailəm var uşağım var.
Zülmə boyun əyməyənə
Əlbət Allah olacaq yar
Haqqı deyib haqq uğrunda
Gör neçə min insan ölüb
Hər dövrdə Peyğənbərlər
İmamlarmız şəhid olub
İmam Huseyn ağamızın
Yoxmuydu kimi kimsəsi?
Şəhid olsa arxasından
Göz yaşı tökəcək kəsi?
Düşün bunu yaxşı yaxşı
Bəlkə nəsə düşdün başa
Yüz il məhbus olmaqdansa
Bircə günü azad yaşa
İndi özün anla məni
Dərdim böyük dərddi mənim
Qalx ayağa görsün düşmən
Bu millətim mərddi mənim
Buda mənim son şeirim
Son vəsyətim, naməm sizə
Haqqsızlığa göz yumduqca
Buda azdır məncə bizə!
Müəllif: Qasım Quluzadə