Şorbaların xəstəliklərə qarşı FAYDALARI – Video

0
207

Sevərək yediyimiz qidalardan biri olan şorbalar dadıyla yanaşı bir çox xəstəliklərə şəfadır.

Terefsiz.az hansı şorbanın hansı xəstəliklərə yaxşı təsir etdiyi haqqında məlumatı təqdim edir. Mərci şorbasının faydaları: Yüksək nisbətdə lif ehtiva etdiyi üçün mərci, şəkər xəstələri üçün dəyərli bir qidadır. Çünki insulin və qan şəkərini azaldır. Qandakı pis xolesterin səviyyəsini salır, beləcə infarkt keçirmə riskini azaldır və ürək dostu bir qida olduğunu sübut edir. Yüksək lif məzmunu yoğun bağırsaqların işini qaydaya salar. Hemoroid və digər qalın bağırsaq problemlərində yaxşılaşdırıcı təsirlər edir. Mərci daşıdığı yüksək miqdardakı dəmir və fol turşu səbəbiylə qanazlığının qarşısını alır. Zəngin kalium ehtiva etdiyi üçün yüksək təzyiqi aşağı salır. Toyuq şorbasının faydaları: Ət bulyonu və toyuq bulyonuyla şorba hazırladıqda yağ əlavə etməyinizə ehtiyac gərək qalmaz. Xırda doğranmış ət və toyuq tikələri ilə hazırlanan şorbalar enerji verir, insanı tox saxlayır. Toyuq bulyonlu tərəvəz şorbaları, neytrofil adı verilən iltihab hüceyrələrinin yaranmasına mane olur. Toyuq və cücə; Zülal, mədən duzları və vitamin mənbəyidir. Brokoli şorbasının faydaları: A, E və C vitamin ehtiva edir. Daşıdığı flavonoidler baxımından immunitet sisteminizi gücləndirən bir xüsusiyyətə malikdir Döş, prostat, bağırsaq və sidik kisəsi xərçənglərinə qarşı güclü bir qoruyucudur. Brokolinin özünə məxsus olan sellüloza quruluşu (lifli quruluş) bağırsaqlarda yaranan toksinlərin uzaqlaşdırılmasında (toksin atıcı) və alınmış olan ağır metalların udulmasında böyük rol oynayır. Düyü şorbasının faydaları: 100 qr quru düyü təxminən 360 kaloridir. Bundan başqa, B1, B2, C və E vitaminləri ilə və natrium, maqnezium, kalium, kalsium, dəmir və fosfor minerallar daxildir. Yüksək təzyiqi salır. Həzmi asanlaşdırır. Bədəndəki artıq suyu çəkərək orqanizmin zəhərli maddələri uzaqlaşdırılmasına köməkçi olur. İspanaq şorbasının faydaları: A, C, E və B qrupu vitaminləri ilə dəmir, maqnezium, fosfor və yod mineralları və zülal baxımından olduqca zəngin bir qidadır. Yaşlılığa bağlı öyrənmək çətinliklərini aradan qaldırır. İspanaq, qan azlığına yaxşı təsir edir, xərçəng, ürək və damar xəstəlikləri ilə soyuqdəymə, ağız, boğaz və sinə xəstəliklərinə qarşı da faydalıdır. Yüksək təzyiqə, iflicə və xüsusən qocalmağa bağlı görmə pozulmasına yaxşı təsir edir. Hamilələrə və doğulacaq uşağa güc verir.