“Facebook” istifadəçilərinin də 82%-i veb saytına daxil olmaqda çətinlik çəkir, sosial şəbəkəyə çıxışda problem yaşayanlar isə 17%-dir”.
Terefsiz.az xəbər verir ki, bunu “Facebook” rəsmiləri “WhatsApp”, “Facebook” və “Instagram”ın çökməsi ilə bağlı deyib.
Onlar məsələ ilə bağlı “Twitter” sosial şəbəkəsində #facebookdown haştaqı ilə paylaşım edərək, açıqlama verib. Şirkət rəhbərliyi məsələnin tezliklə həll olunacağını deyib:
“Bəzi insanların foto, video və digər faylları yükləyərkən çətinliklə üzləşdiklərini bilirik. Bu cür halla qarşılaşdığınız üçün təəssüf hissi keçiririk. Ən qısa zamanda hər şeyi normal halına qaytarmaq üçün çalışırıq”.
***
“WhatsApp”, “Facebook” və “Instagram” çöküb.
Axşam.az xəbər verir ki, sosial şəbəkələrdə əməliyyatlar etməkdə problemlər yaranır.
Həmçinin, “Facebook Messenger”də də fayl mübadiləsində nasazlıqlar əmələ gəlib.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Terefsiz.az