Sosial şəbəkədə bu ədviyyatın koronavirusa faydalı olduğu yazıldı, satışı sürətlə artdı

0
189

Koronavirusun pandemiyaya çevrildiyi vaxtda alimlər bu bəladan qurtulmaq və ya virusa yoluxmağın qarşısını almaq üçün müxtəlif müalicə üsulları təqdim edirlər.

Sondakika.com xəbər verir ki, insanlar müxtəlif yollarla xəstəliyə qalib gəlməyə çalışırlar.

Sosial şəbəkələrdə sumağın virusa qarşı immuniteti yüksəltməsi ilə bağlı yayılan xəbərlər Türkiyədə onun alışını artırıb.

Satıcılar insanların kütləvi şəkildə sumaq aldığını və bu ədviyyata olan tələblə bağlı onun qiymətinin ikiqat bahalaşdığını deyirlər.

Alimlər isə sumağın virusun müalicəsinə təsiri ilə bağlı hansısa elmi sübutun olmadığını qeyd edirlər.

istinad:oxu.az