Şotlandiyanın müstəqilliyinə dair daha bir referendum tələbi qəbul edilməyib

0
166

Şotlandiyanın birinci naziri Nikola Starcenin “Brexit” sonrası muxtariyyatın müstəqilliyinə dair daha bir referendum keçirmək barədəki müraciəti mərkəzi hökumət tərəfindən rədd edilib.

Terefsiz.az “Reuters”ə istinadən xəbər verir ki, hökumətin bu barədə yaydığı məlumatda deyilir:

“Müstəqillik haqqında gələn il ikinci dəfə referendum keçirilməsi təhlükəli amil ola bilər. Belə bir addım 2014-cü ildə keçirilmiş referendumun mötəbər nəticələrini şübhə altına alaraq bunun bir nəslin həyatında yeganə səsvermə olacağı barədə skott xalqına verilən sözün dəyərini sarsıda bilər”.

Xatırladaq ki, Şotlandiyanın müstəqilliyinə dair 2014-cü ildə keçirilən referendum zamanı iştirakçıların əksəriyyəti Birləşmiş Krallığın tərkibində qalmağı üstün tutmuşdu. 2016-cı ildə isə ölkənin Avropa İttifaqı üzvlüyündə qalıb-qalmaması məsələsinə dair keçirilən referendumda isə Böyük Britaniya əhalisi təşkilatı tərk etmək, Şotlandiya əhalisi isə Aİ-də qalmaq lehinə rəy bildirmişdi. Həmin vaxtdan da yeni referendum keçirmək məsələsi gündəmə gəlib.

istinad:report.az