Sotomayor mərhələ adladı
“Minsk 2019”un dördüncü günündə Azərbaycanın dörd boksçusu mübarizə aparıb.
Terefsiz.az saytı xəbər verir ki, boksçularımızın dördü də – Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Lorenso Sotomayor (69 kq) və Məryəm Cəbrayılova (69 kq) 1/8 finalda yarışıb. Onlardan yalnız Lorenso Sotomayor qalib gələrək 1/4 finala yüksəlib. O, Adem Fetahoviçi (Bosniya və Herseqovina) 4:1 hesabı ilə məğlub edib.
Məsud Yusifzadə (52 kq) ukraynalı Dmitro Zamotayevə uduzub. Tayfur Əliyev Ukrayna təmsilçisi Mikola Butsenko ilə görüşdə məğlub olub – 1:4. Qadın boksçumuz Məryəm Cəbrayılova (69 kq) macarıstanlı Vivien Budaya 1:4 hesabı ilə uduzub.
Terefsiz.az