“Sovetski” sakinləri nazirliyə müraciət etdi.

0
1166

Bu gün günorta saat 13:00 radələrində Bakının köhnə “Sovetski” adlanan ərazisinin müxtəlif illərdə söküntü nəticəsində köçürülmüş bir qrup sakini əvvəlcə Nazirlər Kabinetinin önündə yığışaraq, ödənilmiş kompensasiyalara yenidən baxış keçirilməsini və ölkə prezidentinin sərəncamına əsasən ödənişlərin təkrar yerinə yetirilməsini tələb ediblər.

Terefsiz.az xəbər verir ki, sakinləri Nazirlər Kabinetinin tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin baş məsləhətçisi Səyyar Qasımov qəbul edərək bildirib ki, hal-hazırda kompensasiya 2018-2019-cu illərdə evləri sökülmüş sakinlərə ödənilir. Ondan öncəki illərdə həmin ərazidə evləri sökülmüş sakinlərə şamil edilmir və 2014-2017-ci illər haqqında heç bir məlumata sahib deyildir. Bu cavaba sərt reaksiya verən sakinlər tərəfindən bildirilib ki, ən çox devalvasiya və inflyasiya məhz 2014-2017-ci illərə təsadüf edib ki, bu da rəqəmlərlə öz əksini Dövlət Statistika Komitəsinin rəsmi saytında tapır. Sakinlərin əsas iradı yaşayış sahələrinin düzgün hesablanmaması və bu səbəbdən də onların ziyana düşdükləri barədə olub. Öncəliklə 2018-ci ildə köçürülmüş şəxslər bu mövzuya dair aidiyyatı qurumlara ərizəylə müraciət etdikdən sonra ondan öncəki illərdə köçürülmüş şəxslər də qaydalara uyğun olaraq müraciət etməyə qərara veriblər.

Bütün bu iradlara cavab olaraq, Səyyar bəy bildirib ki, bu haqda heç bir məlumatı yoxdur, ancaq şəxsən özü bu işlə məşğul olacağı, ərizələrlə birgə rəhbərliyə müraciət edəcəyini və 24 dekabr tarixində bu haqda hər hansı qərara gəlindiyi haqda məlumat veriləcəyini bildirib.

Bu görüşdən sonra sakinlər Maliyyət Nazirliyinə üz tutublar. Oradan isə sakinlərə  müraciətin “Sovetski” ərazisində köçürülmə zamanı ödənilmiş kompensasiya ilə bağlı olduğu təqdirdə nazirin qəbul etməyəcəyini bildiriblər. Bu cavab sakinlərin etirazına səbəb olub. Sakinlər bildirib ki, nazir və nazirlik nümayəndələri mövzudan asılı olmayaraq ölkə vətəndaşlarını qanunvericiliyə uyğun olaraq qəbul etməlidir. Bu etirazdan sonra sakinləri nazirin qəbuluna qeydə alıblar. Sakinlər sabahkı tarixə nazirliyin aparat rəhbəri Cavanşir Yusifovun , bu ayın 24-ü tarixində isə maliyyə naziri Samir Şərifovun qəbulunda olacaqlar.

Bundan başqa dekabr ayının 25-i ölkənin I vitse-prezidenti Mehriban Əliyeva sakinləri qəbul edəcək. Qəbul zamanı sözü gedən məsələ haqqında danışılacaq. Sakinlər ümid edirlər ki, onların müraciətləri cavabsız qalmayacaqdır.

Xanım Əliyeva