Şoyqu Putinə “Azovstal”da əməliyyatın başa çatdığını məruzə edib

0
163

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın Mariupol şəhərinin və “Azovstal” zavodunun nəzarət altına alındığı barədə Rusiya Prezidenti Vladimir Putinə məruzə edib.

“TEREFSİZ.AZ”ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Sonuncu qrupun tərkibində zavodun 500-dən çox ukraynalı əsgəri cümə günü təslim olub.

Ümumilikdə isə bu il mayın 16-dan əməliyyat zamanı 2 439 “Azov” üzvü və Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçusu zavodun ərazisində blokadaya alınaraq təslim olublar”, – Konaşenkov deyib.

 

TEREFSİZ.AZ