“S&P”: “2027-ci ilə qədər Azərbaycan iqtisadiyyatı orta hesabla 1,4 % artacaq”

0
64

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2027-ci ilə qədər Azərbaycan iqtisadiyyatının orta hesabla 1,4 % artacağını proqnozlaşdırır.

“Terefsiz.az” xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Eyni zamanda, S&P 2023-cü ildə ölkədə ÜDM-in real artımını 0% səviyyəsində proqnozlaşdırır. Belə ki, bu il nominal ifadədə Azərbaycanın ÜDM-nin 131 milyard manat (77 milyard ABŞ dolları) olacağı proqnozlaşdırılır. 2022-ci ildə 134 milyard manat (79 milyard ABŞ dolları) olan bu göstəricinin 2024-cü ildə 137 milyard manata (81 milyard ABŞ dolları), 2025-ci ildə 143 milyard manata (84 milyard ABŞ dolları), 2026-cı ildə isə 148 milyard manata (87 milyard ABŞ dolları) çatacağı gözlənilir.

“Azərbaycan iqtisadiyyatı böyük ölçüdə karbohidrogen sektorundan asılıdır, neft və qaz ixracın 90 %-ni və ÜDM-in təxminən 50 %-ni təşkil edir. Hazırda ölkə əlverişli neft qiymətlərindən faydalanır, bu da öz növbəsində Azərbaycanın maliyyə vəziyyətini və tədiyyə balansını dəstəkləyir. 2022-ci ildə “Brent” markalı neftin təxminən 100 dollar/barel səviyyəsində təxmin edilən orta qiymətini nəzərə alaraq, orta neft qiymətlərinin 2023-cü ildə 86 dollar/barel, sonrakı illərdə isə 85 dollar/barel səviyyəsində yüksək olaraq qalacağını gözləyirik”, – S&P qeyd edib.

terefsiz.az