Şri-Lankada törədilmiş terror aktlarında özlərini partladaraq çoxsaylı insan tələfatına səbəb olmuş iki nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Terefsiz.az saytı xəbər verir ki, bunlar Əbu Mühəmməd və Zahran Haşindir. Zahran Haşinin fotoşəkli də yayımlanıb.
Bildirildiyinə görə, o, sosial şəbəkə istifadəçilərinə yaxşı tanışdır və dəfələrlə İŞİD-i müdafiə edən qeydlər paylaşıb.
Hər iki kamikadze “Şanqri-La” otelindəki partlayışda həlak olub.
İstinad: virtualaz.org