Stiven Monroz: “Qələbə ruhumuz və mentalitetimiz var”

0
187

“Neftçi”nin futbolçusu Stiven Monroz Bakıda Rusiyanın “Arsenal” komandasını 3:0 hesabı ilə üstələyərək növbəti raunda yüksəldikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra fikirlərini bölüşüb.

Terefsiz.az “Report”-a istinadən xəbər verir ki, fransalı hücumçu yaxşı çıxış etdiklərini bildirib:

– Çox ağır oyun gözləyirdim, belə də alındı. Deyə bilmərəm ki, 3:0 hesablı qələbə gözləyirdim. Ancaq ağır matç keçəcəyini bilirdik. Bu gün oyunçularımız meydanda böyük iş gördü. Ehtiyat oyunçular skamyasında əyləşən futbolçularımızı da qeyd etmək istərdim. Güclü ehtiyatımız var. Hər biri əsas oyunçu kimi qiymətləndirilə bilər. Qalibiyyət üçün çox xoşbəxtəm. Ancaq azarkeşlərimiz olmasaydıq, qələbə qazana bilməyəcəkdik. Onları da təbrik edirəm.

– Bu gün nisbətən zəif çıxış etdiniz. Öz oyununuz barədə fikirləriniz necədir?

– Ola bilsin ki, oyunum sizə zəif görünüb. İlk hissədə uzun top ötürmələri ilə oynayırdıq. Ola bilər ki, buna görə kölgədə qalmışam. Mənim əsas məqsədim özümü göstərmək yox, komandaya kömək etmək idi. Bunun üçün çalışırdım.

– Rəqibin futbolçusu Qriqalava sizə barmaq silkələyib, davaya çağırırdı. Oyundan sonra söhbət etdiniz?

– Çöldə heç bir şey olmadı. Futbolda belə şeylər baş verir. Bizim komandamız öndə idi. Rəqib oyunçular emosional idi. Belə şeylər futbolda yaşanır.

– “Bney Yehuda” ilə oyunlar barədə nə deyə bilərsiz?

– Qələbə üçün meydana çıxacağıq. Qələbə ruhumuz və mentalitetimiz var. Bu raundu keçdik, sabahda “Bney Yehuda”nı düşünməyə başlayacağıq.

istinad:report.az