Ukrayna NATO-ya üzv olacaq.
Terefsiz.az saytının məlumatına görə, bu barədə alyansın baş katibi Yens Stoltenberq “1+1” telekanalına müsahibəsində bildirib.
“Bütün müttəfiqlər razılaşıblar ki, Ukrayna NATO-nun üzvü olsun. Monteneqro yalnız iki il əvvəl NATO-a qoşuldu, Şimali Makedoniya bir neçə ay sonra NATO-nun üzvü olacaq və biz əvvəl bunu gördük – Berlin divarının dağılmasından sonra. Polşa, Baltikyanı ölkələr, heç kəs hətta xəyalında da canlandıra bilməzdi ki, onlar NATO-da olacaqlar”, – deyə Stoltenberq bildirib.
O, həmçinin söz verib ki, NATO Kiyevə islahatları gücləndirməyə və cəmiyyəti müasirləşdirməyə kömək edəcək ki, ölkə alyansa daxil ola bilsin.
Alyans rəhbəri jurnalistin “NATO Ukraynanı Rusiya və Avropa arasında “boz zona”ya qoymayacaqmı?” sualına “bu ölkə alyansın 40 partnyorundan biridir”, – cavabını verib.
Terefsiz.az