Beynəlxalq astronomlar qrupu Süd yolunun nüvəsində təxminən bir milyard il əvvəl ulduzların partlayışla yaranaraq meydana gəldiyini və daha sonra supernovaya çevrildiyini müəyyən ediblər.
Terefsiz.az xəbər verir ki, bu barədə “Science Alert” məlumat yayıb.
Tədqiqatçılar Çilidəki Avropa Cənub Rəsədxanasının VLT teleskopundan istifadə edərək müşahidələr aparıblar. İspaniyanın Qranada şəhərində Əndəlus Astrofizika İnstitutundan olan Reyn Rayner Şyodel bu günə qədər məlum olanların əksinə, ulduz yaranmasının daim baş vermədiyini bildirib.
Tədqiqata görə qalaktik mərkəzdəki ulduzların təxminən 90 faizi erkən dövrlərdə – 8, 13, 5 milyard il əvvəl meydana gəlib, bundan sonra nüvənin altı milyard il ərzində nisbətən sakit qaldığı məlum olub. Lakin sonra 100 milyon ildən az davam edən ulduz meydana gətirən partlayış baş verib. Bu müddət ərzində ümumi kütləsi 42 milyon Günəş olan böyük ulduzlar meydana gəlib.
Yüz minlərlə supernova partlaması ilə nəticələnən bu hadisə, ehtimal ki, qalaktikamızın bütün tarixində ən yüksək enerjili hadisələrdən biri olub. Çoxlu ulduz yaranma dövründə çoxlu sayda böyük kütləli ulduz meydana gəlir və onların ömrü aşağı kütləli ulduzlara görə daha az olduğundan, yaşamlarının sonuna qısa müddətdə çatırlar və ölümləri şiddətli supernova partlayışları şəklində həyata keçir.
Alimlərin fikrincə, Süd yolunun mərkəzindəki şərtlər ildə ümumi kütləsi 100 Günəşdən çox olan ulduzların meydana gəldiyi qalaktikalardakı vəziyyətə bənzəyib.
Hazırda ulduzların yaranma sürəti çox yavaşdır – ildə təxminən bir və ya iki günəş kütləsi qədərdir.