Süleyman Soylu: “Qarabağda ədalət bərpa olunursa, bu, birliyimizdəndir”

0
155

“Azərbaycanda – Qarabağda ədalət və haqq bərpa olunursa, bu, bizim birliyimizdən, bərabərliyimizdəndir”.

“Terefsiz.az” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

“Biz azərbaycanlı qardaşlarımızın yanındayıq, Liviyadayıq, Suriyada haqqın, qanunun, haqqın təmsilçisiyik”, – daxili işlər naziri qeyd edib.

Süleyman Soylu Türkiyənin on minlərlə vətəndaşının ay-ulduzlu bayrağın enməməsi üçün mübarizəni davam etdirdiyini bildirib.

Nazir qeyd edib ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə yeni-yeni nailiyyətlərə imza atacaq.

TEREFSİZ.AZ