Süleymaninin qızı Ruhaniyə gözlənilməz sualla müraciət etdi – VİDEO

0
171

İran Prezidenti Həsən Ruhani general Qasım Süleymaninin evini ziyarət edərək başsağlığı verib.

Terefsiz.az -ın məlumatına görə, Ruhani generalın ailəsinə amerikalıların tezliklə etdikləri səhvin nəticələrini görəcəyini bildirib.

Ziyarət zamanı Qasım Süleymaninin qızı ilə Ruhani arasında maraqlı dialoq da yaşanıb. Belə ki, generalın qızı prezidentə müraciət edərək “atamın intiqamını kim alacaq?” deyib. Ruhani isə bu sözlərə “narahat olmayın, hamısının intiqamını alacağıq” cavabını verib.