Sumqayıtda 15 yaşlı oğlan bıçaqlanıb, anası özünü binadan yerə atıb

0
130

Sumqayıt şəhərində 15 yaşlı oğlan bıçaqlanıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə iyunun 8-i axşam saatlarında şəhərin 12-ci mikrorayon ərazisində yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Rzayev Ayxan Ramil oğlu şəxsi münasibətlər zəminində 2007-ci il təvəllüdlü Muxtarov Nihat Sənan oğlunun döş qəfəsinə bir bıçaq zərbəsi endirib.

Şahidlərin “Report”a verdiyi məlumata görə, hadisə zamanı N.Muxtarovun anası oğlunun bıçaqlandığını görərək özünü yaşadığı binanın ikinci mərtəbəsindən yerə atıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən A.Rzayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

TEREFSİZ.AZ