Sumqayıtda kişi sevgilisinin uşaqlarını döyərək xəsarət yetirib

0
128

Sumqayıt şəhərində üç azyaşlı fiziki zorakılığa məruz qalıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu “Report”un sorğusuna cavab olaraq bildirib ki, azyaşlıların döyülməsi faktı ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsində hazırda istintaq aparılır.

Onun sözlərinə görə, iyunun 30-da sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan 3 uşağın analarının narkotik maddə istifadə etməsi ehtimal olunan qeyri-rəsmi münasibətdə olduğu şəxs tərəfindən zorakılığa məruz qalması barədə məlumat yayılıb.

Həmin məlumat əsasında Dövlət Komitəsi tərəfindən dərhal Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb.

Eyni zamanda məsələ ilə əlaqədar qurum tərəfindən aidiyyəti orqanlara rəsmi müraciət ünvanlanıb.

TEREFSİZ.AZ