Süni intellekt “feyk xəbərlər” yazmağı öyrənib

0
341

“OpenAI” qeyri-kommersiya tədqiqat təşkilatı “feyk xəbərlər”in hazırlanması üçün “GPT2” adlı süni intellekt yaradıb. Neyron şəbəkəsi xəbərlərin hazırlanması keyfiyyəti üzrə mövcud mətn generatorlarını 12 dəfə üstələyir.

Terefsiz.az saytı Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “GPT2” süni intellekti 40 QB tutumunda məlumat massivi üzərində öyrədilib – neyron şəbəkəsinə 10 milyon ingilisdilli məqalə və xəbər yüklənilib. Sistem verilmiş mövzu üzrə mətn hazırlamaq qabiliyyətinə malikdir və bir abzas üzrə mətnin stilistikasını tanıyır.

Bundan başqa, süni intellekt mətn generatorlarının ənənəvi səhvini (mövcud neyron şəbəkələri çox vaxt fokusu itirir) etmir. Məsələn, abzasın sonuna az qalmış alqoritm çox vaxt nədən söhbət getdiyini unudur.

Terefsiz.az