Çin Elmlər Akademiyası süni intellekt və bu sahədə aparılan işlərə həsr olunmuş “2019 AI Development White Paper” araşdırmasını dərc edib.
Tədqiqatın nəticələrinə görə, süni intellekt əsasən təhlükəsizlik, maliyyə, satış, nəqliyyat, səhiyyə, “maşın görmə qabiliyyəti” və digər mühüm sahələrdə tətbiq olunur.
Beləliklə, dünyada süni intellektin inkişafına və tətbiqinə ən böyük töhfə vermiş 10 şirkəti təqdim edirik:
10. IBM
Şirkət süni intellekt sistemi ilə təchiz edilmiş “IBM Watson” superkompüterini işləyib hazırlayıb. Onun əsas vəzifəsi adi danışıq dilində verilən tapşırıqları başa düşmək və süni intellektdən istifadə etməklə onlara cavab tapmaqdır.
9. “Automation Anywhere”
“Automation Anywhere” proqramlaşdırmadan istifadə etmədən biznes proseslərini avtomatlaşdırmağa imkan verən platforma hazırlayır.
8. “iFlytek”
“İflytek” şirkəti yüksəkintellektli tərcümə proqramları hazırlayır. Bu proqram bir dildən digərinə sinxron tərcümə etməyə imkan verir.
7. “Megvii”
Çinin “Megvii” şirkəti üz tanıma sistemlərinin hazırlanması ilə məşğuldur. Şirkət dünyada ən böyük (təxminən 1,3 milyard çinlinin) məlumat bazasından istifadə edir.
6. “Sensetime”
“Sensetime” Çinin üz tanıma sahəsində fəaliyyət göstərən daha bir şirkətidir. O, Honkonqda təsis edilib.
5. “DJI-Innovations”
Çinin bu şirkəti videoçəkilişlərdə istifadə olunan pilotsuz uçuş aparatları, dronlar və avadanlıqların istehsalı sahəsində liderdir.
4. “Baidu”
“Baidu” Çinin axtarış sistemləri arasında liderdir. Bundan savayı, şirkət süni intellekt daxil olmaqla, digər istiqamətlərdə də inkişaf edir.
3. “Facebook”
“Facebook” Mark Zukerberq tərəfindən yaradılmış ABŞ şirkətidir. Şirkətə eyni adlı sosial şəbəkə də məxsusdur. “Facebook”, həmçinin süni intellekt daxil olmaqla, digər fəaliyyət istiqamətlərini də inkişaf etdirir.
2. “Google”
“Google” çoxsaylı internet xidmətlərini hazırlayır və dəstəkləyir, həmçinin reklamdan böyük gəlir əldə edir. Şirkət, süni intellekt sahəsində də işlər aparır.
1.“Microsoft”
ABŞ-ın “Microsoft” şirkəti süni intellektlə iş üzrə dünya lideridir. Şirkət əsasən müxtəlif hesablama sistemləri üçün proqram təminatlarının hazırlanması ilə məşğul olur.
istinad:oxu.az