TEREFSİZ.AZ saytı xəbər verir ki, böyük bədən ölçülü avstraliyalı model selfi çəkərək otoimmun xəstəliyinin təsirlərini göstərib.
Kadrlar onun “Instagram” hesabında paylaşılıb.
Fotoda 31 yaşlı Robin Loulmun üzünün hər yerində hematoma və gözündə qançır izləri görünür. “Qırmızı qurd eşənəyi” səbəbindən onun üzünün bu hala düşdüyü bildirilir.
“Bəzən sosial mediya o qədər qorxulu görünür ki, çəkinirəm. Bəzən də insanların özlərini real göstərə bildiklərinə görə, hətta bu fotoda olduğu kimi narahat olsalar da, buranı sevirəm (əziyyət çəkən dostlarım, siz tək deyilsiniz)”, – deyə o, fotoya şərh yazıb.
Modelin pərəstişkarları fotolardan təəccüblənsələr də, onun görünüşünə heyran qaldıqlarını bildirərək, “Hələ də dünyanın ən gözəl qadınısınız”, “Bu şəkilləri paylaşdığınıza sevindim”, “İnanılmaz güclü bir qadısınız!”, – kimi dəstək sözləri yazıblar.
Qeyd edək ki, “qırmızı qurd eşənəyi” (lat. Lupus erythematosus) – autoimmun xəstəliklərdən biridir. Bu zaman insan immuniteti hiperaktiv olur və orqanizmin öz normal hüceyrə və toxumalarına hücum edir
Model həmçinin, qıcolmaya səbəb olan Antifosfolid sindromundan əziyyət çəkir.
İstinad: lenta.ru
TEREFSİZ.AZ