Supermarketdən alış-veriş bəzən bizə sters atmaq kimi gəlir. Çünki stresi əvvəlcə pul qablarımız “yaşayır”, ayın sonuna doğru özümüz. Maraqlıdır, ehtiyacımız olmayan məhsulları almaq beynimizin yoxsa, süpermarketlerin oyunudur? Kifayət qədər cavabı çətin sualdır. Lakin gəlinən nəticə odur ki, biznes dünyasının satışları artırmaq üçün istifadə etdiyi merçendayzinqin ağır nəticələrini hər birimiz cibimizdə hiss edirik. Hər dəfə supermarketdən qayıdanda sanki ciblərimiz ağlayır. Bazarlıq səbətinə nəzər yetirib “bunların hamısı zəruri idimi” deyə özümüzə az sual verməmişik. Bəs bundan çıxış yolu nədir? Problemi araşdırmağa çalışdıq. Çörək almaq adi ilə marketə girib, cibi boş çıxmaq süpermarketlerin çoxu sizin marketin içində dövrə vurmanızı təmin edəcək şəkildə dizayn edilir. Bu ideyanın müəllifi IKEA-dir. Marketlər “qızıl üçbucaq”dan da istifadə edirlər. Bu gündəlik tələbat mallarının (çörək, süd və s.) yerləşdiyi rəflərlə, supermarketin giriş və çıxışı arasındakı xəyali üçbucaq deməkdir. Fikir vermisinizsə, çörək rəfləri adətən supermarketlərdə ən arxa sıralarda yerləşdirilir. Nəzərə alsaq ki, çörək gündəlik qida rasionumuzun əsasını təşkil edir, marketdə çörək rəfinə çatana qədər səbətimizə çox şey ata bilərik. “Məhsulu ayaq səviyyəsindən əl səviyyəsinə qaldırmaq satışları 34%, əl səviyyəsindən göz səviyyəsinə qaldırmaq 64%, ayaq səviyyəsindən göz səviyyəsinə qaldırmaq isə 78% həcmində artırır”. Nələrə baxıb almaya bilərik? Yaxşı supermarketlərin merçendayzinq “oyununa” gəlməmək üçün nələri edə bilərik? Aşağıdakı qaydalar qismən kömək edə bilər:
1. Bazarlığa gedərkən həmişə alacağınız məhsulların siyahısını hazırlayın. Bundan əvvəl isə soyuducuya və mətbəx mebelinin dolablarına baxın.
2.Qiymətləri müqayisə edin. Hər şeyi eyni supermarketdən almağa çalışın. Bu gün bir məhsulu alıb, digərini sabaha saxlamayın. Bu yanaşma planlaşdırılmamış xərclərə aparıb çıxarır.
3. Kənd təsərrüfatı yarmarkalarına gedin. Adətən onlar payız və yazda keçirilir. Lakin bu yarmarkalar kənd təsərrüfatı məhsullarını almaq üçün ən sərfəli bazardır.
4. İmpulsiv alış-verişdən çəkinin. Məsələn, sizin siyahınıza daxil olmayan, sadəcə endirimdə olduğu üçün diqqətinizi çəkən məhsulları almayın.
5. Uşaqları özünüzlə supermarketə aparmayın.
6. Endirim kartlarında istifadə edin.
7. Un, şəkər, duz, makaron və ədviyyata həmişə ehtiyac var. Üstəlik bu məhsullar gec xarab olurlar. O baxımdan pulunuz varsa, bu məhsullardan ehtiyat üçün də ala bilərsiniz.
8. Supermarketdə olarkən rəfin aşağısına baxın. Kommersiya qaydalarına əsasən adətən bahalı mallar rəfin yuxarısına, müştərinin gözü önünə düzülür. Ucuz mallar isə rəfin aşağısına qoyulur.
9. Cib telefonunuzu “avtopilot” rejiminə keçirin. Adətən biz alış-verişdə telefonla danışarkən, qarşımıza çıxan lazımlı-lazımsız məhsulları səbətə atırıq. Bəzən diqqətsizliyimiz səbəbindən istifadəsi yararsız məhsullar da səbətimizə düşür.
10. Hər hansı məhsulu alarkən istehsal markasına üstünlük verməyin. Adətən məşhur brendlərin qiyməti baha olur. Digər tərəfdən, tanınmış brend olmaq hələ yaxşı keyfiyyət və dad demək deyil.
11. Qablaşdırmaya elə də əhəmiyyət verməyin. Gözəl qablaşdırmada keyfiyyətsiz məhsul da olur.
12. Yarım fabrikat qidaları almayın. Onlar özünüz hazırladığınız qidalardan baha başa gəlir. Tənbəl olmayın.
13. Düşbərə, kotlet, küftə hazırlayıb dondurucu da saxlayın.
14. Doğranmış çörək və kolbasa məhsulları həmişə baha olur. Özünüz doğraya bilirsinizsə, bu məhsulları bütöv alın.
15. Şüşədə su almaqdansa, birdəfəlik təmizləyici filter alın.
16. Nəhayət hesab fakturaları saxlayın. Onlar sizə büdcənizi hesablamağa və proqnozlaşdırmağa imkan verəcək.
Terefsiz.az