Suraxanıda xəstəxanada yanğın – FOTO

0
338

Suraxanı rayonunda xəstəxana binasında yanğın baş verib.

Terefsiz.az saytı xəbər verir ki, Yeni Suraxanı qəsəbəsində yerləşən 12 saylı Birləşmiş Şəhər Xəstəxanasının binasının damında yanğın olub.

Alov qısa zamanda bir neçə palataya da keçib.

Təcili olaraq əraziyə FHN-in Suraxanı rayonu üzrə Yanğından Mühafizə Xidmətinin bir neçə texnikası və canlı qüvvəsi cəlb edilib.

Dərhal xəstəxananın həkim heyəti və xəstələr təxliyyə edilib. Binanın damında təxminən, 25-30 kvm ərazidə başlayan yanğın söndürülüb, alovların otaqlara keçməsinin qarşısı alınıb.

FHN-nin əraziyə cəlb olunmuş briqadasından  bildirilib ki, ilkin ehtimallara görə, yanğın binanın damında yerləşən elektrik naqillərində yaranan qısaqapanmadan baş verib.

Faktla bağlı araşdırma aparılır.

İstinad: oxu.az

Terefsiz.az