Suriyada yaraqlılar yenidən təxribatlara əl atıblar
Yaraqlılar sutka ərzində Suriyanın Latakiya və Həma vilayətlərinin 12 yaşayış məntəqəsini atəşə tutublar.
“RİA Novosti” – yə istinadən verir ki, Terefsiz.az saytı bunu brifinqdə Suriyada tərəflərin barışdırılması üzrə Mərkəzin rəhbəri general-mayor Aleksey Bakin bildirib.
“Sutka ərzində silahlılar Latakiya vilayətinin Nahşebba (iki dəfə), Safsafa (iki dəfə), Əyn-Əl-Kantara, Raşa, Royset-Ruşu, Sandran, Bşarfa, Daxr-Abu-Asad, Mqaret, Kara-Şaaban yaşayış məntəqələrini, Həma vilayətinin Calama, Kara-Curn və Skalbiya yaşayış məntəqələrini atəşə tutub”, – Bakin qeyd edib.
O, qanunsuz silahlı birləşmələri təxribatlardan imtina etməyə çağırıb.
General-mayor həmçinin qeyd edib ki, 24 iyuna olan məlumata görə, 31901 yaşayış evi, 868 təhsil və 175 tibb müəssisəsi bərpa olunub.
Terefsiz.az