Suriyada minaya düşən yeddi uşaq ölüb.
Terefsiz.az saytı xəbər verir ki, hadisə ötən gün Deblan qəsəbəsində baş verib.
Təsərrüfat işləri ilə məşğul olan azyaşlılar terroristlərin qurduğu minaya düşüblər.
Partlayış nəticəsində yaralananlar xəstəxanaya yerləşdiriliblər.
Bildirilir ki, Suriyanın bəzi şəhərlərindən çəkilən döyüşçülər özlərindən sonra bu cür minalar quraraq sadə əhali arasında çaxnaşma yaratmaq istəyirlər.
Terefsiz.az