Suriyanın Hələb şəhərinin şimal-qərbində yerləşən beşmərtəbəli binanın çökməsi nəticəsində biri uşaq olmaqla azı 15 nəfər həlak olub.
“Terefsiz.az” xəbər verir ki, bu barədə “Sham FM” radiostansiyası məlumat yayıb.
Daha 3 nəfər yaralı dağıntılar altından çıxarılıb, onların vəziyyəti barədə məlumat verilmir.
Çökmənin əsas səbəbi kimi binanın bünövrəsinin aşınması göstərilir.