Suriyanın Hələb şəhərində beşmərtəbəli binanın çöküb,ölən və yaralananlar var

0
60

Suriyanın Hələb şəhərinin şimal-qərbində yerləşən beşmərtəbəli binanın çökməsi nəticəsində biri uşaq olmaqla azı 15 nəfər həlak olub.

“Terefsiz.az” xəbər verir ki, bu barədə “Sham FM” radiostansiyası məlumat yayıb.

Daha 3 nəfər yaralı dağıntılar altından çıxarılıb, onların vəziyyəti barədə məlumat verilmir.

Çökmənin əsas səbəbi kimi binanın bünövrəsinin aşınması göstərilir.

terefsiz.az