Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının qala-konserti olub

0
79

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində start götürən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının mayın 10-da Cıdır düzündə qala-konserti olub.

“Terefsiz.az” xəbər verir ki, qala-konsertdə festivalda iştirak edən ölkələrin incəsənət ustaları çıxış edib.

Konsert çərçivəsində “Xarıbülbül” kompozisiyası, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə və Türkmənistan incəsənət ustalarının təqdimatında “Söz meydanı” vokal-instrumental kompozisiya, “Türk dünyası virtuozları” ansamblının ifasında “Çahargah bəhsi”, “Əfsanə Turan”, “Xalq xəzinəsi” kompozisiyaları və iştirakçı ölkələrin ifaları, rəqs qruplarının digər rəngarəng çıxışları təqdim edilib.

Qala-konsert bütün iştirakçıların ifasında “Odlar yurdu Azərbaycan” kompozisiyası ilə başa çatıb.

terefsiz.az