Şəkidə turistləri daşıyan avtobus dərəyə aşıb, xeyli sayda yaralı var

0
107

Şəkidə qəzaya uğrayan sərnişin avtobusunda müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bu barədə  “TEREFSİZ.AZ” “Reportun” FHN-dən aldığı məlumata istinadən bildirir.

Qeyd edilir ki, nazirliyin “112” qaynar telefon xəttinə Şəki şəhərində “İsuzu” markalı sərnişin avtobusunun dərəyə aşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif bədən xəsarətləri ilə sürücü və 22 nəfər sərnişini qəzaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

TEREFSİZ.AZ