Şəkidə yeniyetmə qız dərmandan zəhərləndi

0
131

Ötən gün saat 23 radələrində Şəki rayonunun Kiş kənd sakini, 2004-cü il təvəllüdlü Azadə Azər qızı Hacınurullayeva zəhərlənmə əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

APA-nın xəbərinə görə, müayinə zamanı 16 yaşlı A.Hacınurullayevanın yaşadığı ünvanda dərmandan zəhərləndiyi məlum olub.

Həkim müdaxiləsindən sonra yeniyetmənin vəziyyəti stabilləşib, hazırda o, həkim nəzarətindədir.

Faktla bağlı araşdırma aparılır.