Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi ABŞ-ın dövlət katibi ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

0
263

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Əl Saud ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Yaxın Şərqin inkişaf, regionda təhlükəsizlik və sabitliyin qorunması məsələrini müzakirə ediblər.

Terefsiz.az məlumatına görə, bu barədə “SPA” xəbər agentliyi xəbər verir.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və ABŞ-ın dövlət katibi arasında telefon danışığı, Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül Əzizin Ərəb dünyasının liderlərini, mayın 30-da Məkkədə fövqəladə zirvə toplantısının keçirilməsinə dair çağırışından sonra baş tutub.

Terefsiz.az