Səudiyyə Ərəbistanda ivrit dilində nəşr olunan “Quran” kitabında təhriflərə yol verilib.
Terefsiz.az “Haber7”nin yaydığı xəbərə istinadən bildirir ki, Kral Fehd Akademiyasının hazırladığı yeni kitabda 300 ayədə dəyişikliklər edilib.
Ayələrdə “məscid” sözü “heykəl” sözü ilə əvəz olunub.
Bu dəyişiklikdən sonra ayələrin Tövrata uyğunlaşdırıldığı iddia olunub.
Bu məsələ ilə bağlı müzakirələr böyüdükdən sonra akademiya kitabın onlayn variantını saytdan çıxarıb.
Hazırda bunun qəsdən edildiyi, yaxud tərcümə xətası olduğu aydınlaşdırılır.
istinad:oxu.az