Təhsil Nazirliyi Şabranda körpələr evi-uşaq bağçası ilə bağlı yayılan məlumatı araşdırır

0
190

Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumata əsasən bildiririk ki, hazırda məsələ araşdırılır.

“TEREFSİZ.AZ”ın məlumatına görə, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqlara verilən keyfiyyətsiz qida ilə bağlı fotolar yayılıb.

 

TEREFSİZ.AZ