Tənha qoca – Ağababa Qılmanov

0
1070

Bizə məlum olmayan və ekzotik gözəlliyə malik adada tənha bir qoca yaşayırdı. Ağ saçlı və ağ saqqallı qoca çox nurani siması var idi. Həyatının əzablı keçdiyi hər halından bəlli olurdu. Ay kimi parlaq simasında geniş cığırları bizə xatırladan və azacıq nəzərə çarpan qırışları var idi. Qoca bilmirdi neçə ildir bu kimsəsiz adada tənha yaşayır. Onun həyatdakı ən böyük təsəllisi həyat qabiliyyətini itirməkdə olan quşcuğazlara qayğı göstərərək onları azad səmaya qovuşdurmaq idi. Beləki quşlar adanın qayalıq hissəsində yuva qurur və bala çıxarır, güclülər tez bir zamanda qanadlanaraq parlaq göyüzünə qovuşur. Zəif və taqətsiz balalar isə həyatda sağ qalmaq üçün heç bir potensiala və şansa sahib olmamalarına baxmayaraq onları qayğıkeş atatəkin qoruyacaq dostlarının olduğunu sanki öz kiçik qəlblərində duyurlar. Qoca zəif balaları xüsusi qəfəslərdə saxlayaraq çox həsassaslıqla onlara yanaşır, ən çox sarı dipçəyin qarşısındakı sarı dimdikli və yaşıl gözlü masmavi quşcuğazı hamısından çox sevir və onunüçün müxtəlif mahnılar oxuyaraq könlünü xoş etməyə çalışırdı. Əslində qoca çox yalqız idi desək heç yanılmarıq. Amma ümiddən heç düşmürdü axı o bilirdi ki, hər bir tənha insanın qaranlığında ümid dolu işıq mövcuddur. Elə bir nur ki, onu bu çirkin dünyadan ayırıb əzəli vəəbədi əsrarəngiz gözəlliyi olan bir aləmə aparacaq. Elə bir aləm ki, ora qəm və kədərdən uzaq eşq dolu bir həyatdır. Bəli o, çox yaxşı başa düşürdiki qəlbindəki ilahi eşq toxumları çoxdan bolluq, bərəkətli və solmayan xiyabana çevrilib. Nəhayət balalar böyüyərək müstəqil həyatda yaşamaa səviyyəsinə çatdılar. Artıq ayrılıq çatmışdı qoca əlləri titrəyə-titrəyə qəfəslərin qapısını açıb bu gözəl nurani varlıqları ehmalca yuxarı atmağa başladı. Növbə onun ən sevdiyi yaşıl gözlü masmavi quşa çatdı. Qoca onu islaq yanağına yaxınlaşdıraraq çox uca səslə danışmağa başladı:
– inci gözlü ipək tüklü vəfalı dostum. Mən sizə göstərmiş olduğum yaxşılıqların müqabilində tanrıdan heç bir mükafat istəmirəm. Çünki qəlbimdə duyduğum mənəvi xoşbəxtlik ilahinin mənə vermiş olduğu ən böyük hədiyyədir. Lakin sizdən bir xahişim var. Sevgimi və xoş diləklərimi insanlara və birdə məni unudan ailəmə çatdırın. Onlara deyin ki, mən dəli olmamışam. Sadəcə bir- birnizə qarşı nəfsinizdə bəslədiyiniz nifrət hissi məni sizdən uzaqlaşmağa və tərkidünya həyat yaşamağa sövq etdi. Qoca elə hönkürtü ilə ağlayırdı ki, az qala bayninin damarları partlayacaqdı. Nəhayət bütün gücünü toplayaraq ayağa qalxmağa və quşu səmaya buraxmağa nail oldu. Səmada uçan quşun hər qanad çırpıntısı ilə bərabər ixtiyarın gözlərindən axan göz yaşları narın qumun üzərinə ehmalca süzülürdü.