Tərtərdə keçmiş məhkumdan çətənə kolları götürülüb – FOTO

0
200

Tərtər rayonunda keçmiş məhkumdan çətənə kolları götürülüb.

Bu barədə DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Belə ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sarıcalı kənd sakini Eldar Əliyevin həyətyanı sahəsinə baxış keçirilən zaman yetişdirdiyi 9 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Qeyd edək ki, E.Əliyev əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

İstinad: Report.az

Terefsiz.az