TƏBİB qəzada ölən tələbələrlə bağlı məlumat yaydı.

0
488

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) qəzada ölən tələbələrlə bağlı məlumat yayıb.

TEREFSİZ.AZ  xəbər verir ki, məlumatda deyilir:

“Bu gecə baş verən dəhşətli yol qəzasında həlak olan Azərbaycan Tibb Universitetinin 3 tələbəsi:

Sahil Mustafazadə – Əczaçılıq fakültəsinin V kurs tələbəsi,

Tuncay Məmmədov Müalicə Profilaktika fakültəsinin V kurs tələbəsi,

Yeganə Məmmədova Müalicə Profilaktika Fakültəsinin VI kurs tələbəsi olublar.

Onlar COVID-19 xəstələrinin müalicəsinə könüllü qoşulmuş tələbələr idi. Ruhları şad olsun!”

TEREFSİZ.AZ