Təbrizdə edam edilən gənc kim idi? – BƏHAİ dini haqqında

0
2526

TƏBRİZDƏ EDAM EDİLƏN GƏNC KİM İDİ?

Gənc məhbus

Gənc məhbusu Təbrizin küçələri ilə aparırdılar. Onun boynunda poladdan hazırlanmış xalta var idi. Xaltaya uzun iplər bağlanmışdı, onlardan tutub Onu kütlənin içi ilə çəkib aparırdılar. Keşikçilər qəzəblə ipləri dartır və Onu amansızcasına qamçılayırdılar. Hərdən kütlə içindən kimsə kənara sıçrayıb, Gənci ağacla vururdu. Atılmış daş və ya bir parça zibil məhbusun sifətinə dəyəndə həm keşikçilər, həm də kütlə içindən qəh-qəhə qopurdu. “Hə, özünü azad et görək, necə azad edirsən, öz zəncirlərini qır, bizə möcüzə göstər!”, “bəs deyirdin Peyğəmbərsən, göstər qüdrətini, məlun”– bir küçə avarası qışqıraraq, Gəncin sifətinə tüpürdü.
Nəhayət Gənci edam yerinə gətirdilər. Kazarmanın qarşısındakı meydanda əsgər dəstəsi düzülmüşdü. Hamı altı il ərzində ölkəni təlatümə salmış bu qəribə Gəncə sonuncu dəfə baxmaq istəyirdi. Yaşı otuzdan çox olmazdı. Hamı dramatik sonluq arzulayırdı. Lakin O, onların ümidini doğrultmadı. Bu gənc qeyri-adi idi: O, köməksiz olsa da, özünə inamlı görünürdü. Onun gözlərindən məmnunluq süzülürdü.
Tüfənglər yuxarı qaldırılır. “Atəş!” əmri eşidilir. Hər birində 250 nəfər olmaqla üç sıra əsgər bir–birinin ardınca Gəncə atəş açır. Bu hadisənin sənədli sübutları bizim günlərə kimi çatmışdır. Onların birində deyilir: “Barıt tüstüsündən günün günorta çağı gecə yarası kimi qaranlıq oldu. Tüstü çəkiləndən sonra gördülər ki, Gənc sağ-salamat dayanıb, bədənində heç bir yara yoxdur. Gəncin asıldığı kəndirlər isə parça-parça olmuşdu”. Buna inanmaq çox çətin idi; güllələr məhbusa heç bir ziyan yetirməmişdi. Əksinə, onlar Onun qollarını açmış, Onu azadlığa buraxmışdı. Bu əsl möcüzə idi. Bu hadisədən təsirlənmiş əsgərlər edamı davam etdirməkdən imtina edirlər. Meydana yeni hərbi hissə gətirilir. Edam bu dəfə baş tutur. Beləliklə, bu Gənc – Seyyid Әli Mәhәmmәd Bab 1850-ci ildə iyul ayının 9-da Azərbaycanın Təbriz şəhərində kütlə qarşısında edam edilir. Babın şәhid edilmәsindәn sonra Onun cәnazәsi qala divarlarının arxasındakı xәndәyә atıldı. İkinci gecә bir neçə babi tәrәfindәn axtarılıb tapıldı vә buradan götürülərək, 40 il әrzindә İranda müxtәlif gizli yerlərdә saxlandıqdan sonra böyük cәtinlik vә tәhlükәlәrlә Fələsintin torpağına (indiki İsrail dövlətinin ərazisinə) gətirildi. Burada O, Kәrmil dağının yamacında dәfn olundu.

Babın doğulduğu yer, erkən illəri və bəyanı

Sonralar Bab (yәni “Qapı”) adını almış Seyid Әli Mәhәmmәd 1819-cu il oktyabrın 20-dә İranın Şiraz şәhәrindә doğulmuşdu. Dunyaya göz açandan az sonra atası vәfat edir vә O, dayısının himayәsinә verilir. Uşaqlıq çağlarında O, adi ibtidai tәhsil alır. On beş yaşından etibarәn Fars körfәzi sahilindә yerlәşәn Buşir şәhәrindә yaşayan o biri dayısının yanında tacirlik edir.
Gәncliyindә O qeyri-adi gözәlliyi vә yaxşı davranışı, hәmçinin, son dәrәcә möminliyi vә alicәnab xasiyyәti ilә fәrqlәnirdi. İyirmi beş yaşına çatanda O, bəyan etdi ki, İlahinin İradәsi ilә “Allah-taala Onu Özünün Qapısı secmişdir”. Hәmin günlәr Mehdinin hökmәn zühur edәcәyi fikri şeyxilәr adı altında tanınan tәriqәtdә daha güclü idi. Babın Öz Missiyasını ilk dәfә bəyan etdiyi şәxs mәhz hәmin tәriqәtdәn olan Molla Hüseyn idi. Bu bәyanın dәqiq vaxtı Babın “Bәyan”ında verilmişdir: miladı təqvimlə 1844-cü il mayın 22-də gün batandan 2 saat 11 dәqiqә sonra. Babın ona dediyi sözlәr üzәrindә bir necə gün dәrin düşüncәlәrә daldıqdan sonra Molla Hüseyn qәti әmin olur ki, müsəlmanların coxdan gözlədikləri Mehdi həqiqətən zühur etmişdir. Qısa müddәtdә şeyxilәrin böyük әksәriyyәti Baba beyət etdilər vә babilәr kimi tanınmağa başladılar. Tezliklә bu Gənc barədə xəbər ildırım sürәtilә bütün ölkәyә yayılır.
Babın ilk 18 şagirdi «Canlının hərfləri» («Hürufi-həyy») kimi tanınmağa başladılar. Bəlağətli nitqi, qeyi-adi müdrikliyi və islahatçı çılğınlığı ardıcılları arasında böyük ruh yüksəkliyinə səbəb olur, lakin eyni dərəcədə ortodoksal müsəlmanlar arasında Ona qarşı düşmənçilik törədir. Şiәlәrin ali ruhanilәri Ona qarşı ciddi ittihamlar irәli sü¬rürlәr vә Fars әyalәtinin valisi Hüseyn Xanı inandırırlar ki, “yeni bidәtçiliyә” qarşı tәqiblәrә başlasın. Bundan sonra Həzrət Babın uzun sürәn hәbsxanalar, şallaqla döyülmә vә ağır tәhqirlәr dövrü başlayır.
Gәnc islahatçı Özünü Mehdi elan edәndә ona qarşı düşmәnçilik ikiqat çoxalır. Öz imanlarına görə şiәlәr Mehdini min il әvvәl müәmmalı şәkildә qeyb olmuş on ikinci İmam ilә eynilәşdirirdilәr. Onlar inanırdılar ki, o hәlә sağdır vә özünün әvvәlki görkәmindә zühur edәcәkdir; onun gəlişinin “әlamәtlәrinә” dair peyğәmbәrliklәri maddi baxımdan izah etməyə çalışırdılar. Onlar gözlәyirdilәr ki, Mehdi saysız-hesabsız qoşunu ilә gələcək vә Özünü ali hökmdar elan edәcәk, ölülәri dirildәcәk. Lakin bu әlamәtlәr görünmәdiyi üçün şiәlәr Babı kəskin nifrətlə rədd etdilәr. Digәr tәrәfdәn babilәr, sözü gedәn peyğәmbәrliklәri mәcazi mәnada şәrh edirdilәr. Onlar belә hesab edirdilәr ki, Mehdinin hakimiyyәti mistik olacaqdır. Onun şöhrәti dünyәvi deyil, ruhani xarakter daşıyacaqdır; Onun qәlәbәlәri – insan qәlblәrinin qalalarını fәth etməkdәn ibarәt olacaq; onlar Babın ecazkar hәyatında vә tәlimindә, Onun dönməz inamında, Onun cәhalәt qəbirlərində yatanları ruhani hәyata qaytarmaq qabiliyyәtindә Onun bu iddialarını tәsdiq edәn çoxlu dәlillәr tapırdılar.
Lakin Bab Özünü Mehdi elan etməklә kifayәt¬lәnmәdi. O, “Nuqteyi-Üla” vә ya “Birinci Nöqtә” müqәddәs adını qәbul etdi. Bu titulla Mәhәmmәd Peyğәmbәrin ardıcılları Ona müraciәt edәrdilәr. Hәtta imamlar öz mәqamlarına görə “Nüqteyi-Üla”dan aşağıda idilər. Bu rütbәni qәbul etməklә Bab Özünü Mәhәmmәd Peyğәmbәr kimi din Qurucularının mәqamına yüksәldirdi. O hәtta yeni tәqvim tәtbiq edәrәk günəş ilini bәrpa etdi və Yeni Eranın başlanğıcını Özünün Zühur etdiyi ildәn qoydu.
Babın bәyanatları vә bütün siniflәrә mәnsub adamların – varlıların vә kasıbların, təhsillilərin vә savadsızların heyrətamiz bir sürәtlә Onun Tәlimini qәbul etmәsi, onun susdurulmasına edilən cәhdlәrin getdikcә daha amansız vә qətiyyətli xarakter olmasına gәtirib çıxardı. Evlər talan edilir və dağıdılır, Tehranda, Farsda, Mazandaranda və digər yerlərdə çoxlu sayda babilər ölümə məhkum edilirdi. Çoxlarının başı kəsilmiş, topların ağzına qoyulub atılmış, yandırılmış və ya tikə-tikə doğranmışdı. Lakin hərəkatın yatırılmasından ötrü edilən bütün səylərə baxmayaraq o, getdikcə genişlənirdi. Məhz bu təqib¬lər nəticəsində ardıcıllarda belə bir əminlik güclənirdi ki, bununla da Mehdinin gəlişi haqqında peyğəm¬bər¬liklər sözün hərfi mənasında yerinə yet¬mişdir.

Babın əsərləri

Babın yazıları olduqca çox idi. Onun yazılarının bəziləri Quran surәlәrinә şәrhlәrdәn, o birilәri isә İlahi Birlik haqqında mülahizәlәrdən, maddi dünya məğrurluğundan azad olmağa vә İlahi İlhama tәvәkkül etmәyә çağırışlardan ibarət idi. Lakin әsas әsәrlәrinin mahiyyәtini zühur edəcək daha əzəmətli Allah Məzhərinin tәrifi vә tәsviri tәşkil edirdi. O Öz zühuruna xoş müjdəni bәyan edәnin gәlişi kimi baxırdı və Özünü Ondan sonra gələcək o qüdrətli Kәsi (Bəhaullahı) aşkarlayan vasitə hesab edirdi. Ardıcıl¬larına deyərdi ki, onlar Allahın nazil edəcəyi Yeni Vəhyin zühurunu gözlәmәli-dirlәr: “Mәn ancaq bu qüdrәtli kitabın hərfiyəm və bu hüdudsuz dәryanın damlasıyam, O zühur edәndә Mәnim әsil tәbiәtim, Mәnim sirlәrim, müәmmalarım vә eyhamlarım aşkar vә anlaşılan olacaqdır; bu dinin rüşeymi öz varlığının pillәlәri ilә inkişaf edәcәk vә “bütün formalardan әn mukәmmәli” vәziyyәtinә çatacaq”
Babın Tәliminin bir hissәsini Dirilmә, Qiyamәt günü, Cәnnәt vә Cәhәnnәm mәsәlәlәrinin şәrhi tәşkil edirdi. O buyurur ki, Dirilmә – Hәqiqәt Günəşinin (Allah Elçisinin) yeni zühu¬rudur. Ölülərin Dirilmәsi – nadanlıq, etinasızlıq vә şәhvәt mәzarlarında yatanların mənəvi oyanması demәkdir. Cәnnәt– Allahı onun Peyğәmbәri vasitәsilә dərk etmək vә sevmәk səadәtidir. Bununla da Cәnnәt insanın öz hәyatı әrzindә әldә etdiyi әn böyük kamillikdir, ölümündәn sonra isә İlahi Sәltәnәtә daxil olma vә əbәdi hәyat hüququdur. Cәhәnnәm – sadәcә olaraq, Allahı bu cür dәrk etməkdәn mәhrum olmaqdır ki, bunun da nәticәsindә kamilliyә nail olmaq qeyri-mümkün olur vә Әbәdi Mәrhәmәt itirilir. Bab qәtiyyәtlә bildirir ki, bu anlayışların başqa mәnası yoxdur vә insanın fiziki dirilmәsi haqqında, maddi sәma və cәhәnnәm haqqında vә buna bәnzәr digər mülahizәlәr insan tәxəyyülünün uydurmasıdır. O öyrәdir ki, insan hәyatı ölümdәn sonra da davam edir vә Axirәt dün¬yası hәyatında da kamillәşmәyә aparan yol hüdudsuzdur.
Bab Öz Yazılarında ardıcıllarına buyururdu ki, onlar bir-birilәrinә bәslәdiklәri qardaş mәhәbbәti vә nәzakәtli davranışla fərqlәnmәlidirlәr. Onlar faydalı sәnәtә vә peşәlәrә yiyәlәnmәlidirlәr. Hamı elmlәrin başlanğıcı olan ümumi ibtidai tәhsil almalıdır. Yeni Vəhyin ecazkar dövründə qadınlara daha geniş azad¬lıqlar veriləcəkdir. Yoxsullar ümumi xәzinәdәn yardım alacaqlar, lakin dilәnçilik, həmçinin spirtli içkilәrdәn istifadә qәti qadağan edilirdi. Әsil babinin hәyatının әsası – mükafat almaq ümidindәn vә cәzalanmaq qorxusundan doğmayan tәmiz mәhәbbәt olmalıdır. Bab “Bәyan” əsərindә buyurur:
“Allaha elə ibadәt et ki, hәtta bu ibadətə görə atəşə verilməyindən və ya mükafatının cənnət olamağından asılı olmayaraq sitayişində dəyişməz qal. Əgər sәn qorxudan Allaha ibadәt edirsәnsә, onda bu Allahın Müqәddәs Dәrgahına layiq deyil; əgər sәn nәzәrlәrini Cәnnәtә dikib yalnız ora düşmәk ümidi ilә ibadәt edirsәnsә, bu zaman sәn Allahın yaratdığını Ona şәrik qoşursan”

Allahın aşkarlayacağı Kəs – Bəhaullah

Qısa dövr әrzindә də olsa, Babın Özü Allahın Zühuru vә müstәqil dinin Banisi idi. Bәhailәr әmindilәr ki, Bab vә Bәhaullah, hәr ikisi onların dininin banilәridir vә Bәha¬ullahın aşağıdakı sözlәri bu hәqiqəti tәsdiqlәyir:
“Bu ali vә fövqәladә Vәhyi Mәnim әvvәlki Vәhyimdәn ayıran qısa zaman mәsafәsi bir sirrdir; belә ki, onu heç bir insan açıqlaya bilmәz; o elә gizlidir ki, heç bir ağıl onu dәrk edә bil¬mәz. Onun müddәti qabaqcadan müәyyәnlәşdirilmişdi vә heç kim onun sәbәbini dәrk edә bilmәz, ancaq Mәnim Gizli Kitabımın mәzmununu anladıqdan sonra onu başa düşә bilәr”.
Bab isə Bәhaullah haq¬qında tam itaәtkarlıqla bəyan edirdi ki, “Allahın aşkarlayıcı Kәsin günlərindә əgər hәr hansı bir şәxs Ondan bir ayә eşidәrsә vә onu tәkrar edәrsә, bu, “Bәyanı” min dәfә oxumaqdan yaxşıdır”.

Azər Cəfərov
Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktoru,
Bəhai Dini icması İctimai Əlaqələr ofisinin koordinatoru

Terefsiz.az