Tələbə qəbulu ilə bağlı – İZAH

0
751

1.Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı əri­zələrin qəbulu 2020-ci il mayın 12-dən iyunun 5-dək internet vasitəsilə aparılır.
A)“Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər) (eservices.dim.gov.az/erizebak/erize)
B)Müsabiqədə iştirak ödənişlidir. Bu ilki məzunlar üçün pulsuzdur, əvvəlki illərin məzunları 40 manat ödəyəcəklər hər imtahan üçün.
C)Subbakalavrlar üçüb də ərizənin təstiqi pulsuzdur. Amma imtahan vermək istəsələr, 40 manatlarından keçməlidirlər.

2.Abituriyentlər eyni zamanda ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarının birinə daxil olan ixtisaslar, V ixtisas qrupuna daxil olan ixtisaslar və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilərlər. Bunun üçün onlar ərizələrində müvafiq istəklərini bildirməlidirlər.

3.11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2020-ci il mayın 12-dən iyunun 5-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır.

4.1985-2002-ci il təvəllüdlü (2002-ci il iyulun 30-na qə­dər anadan olmuş) 35 yaşınadək olan çağırışçıların ali təhsil müəssisələrinə sənəd vermək üçün möhlət haq­qında arayışı və hərbi sənədlərində bu barədə Azər­bay­can Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) qeydiyyatı ol­malıdır. Çağırışçıya möhlətin verilməsi haqqında məlumat SHXÇDX-nin elektron-məlumat bazasında mövcud olduğu halda, abituriyent ərizəsini SQK-ya gəlmədən özü təsdiq edir.

5.Dövlət Gömrük Komitəsinin Akademiya­sında təhsil almaq istəyən abituriyentlər ərizələrində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

6. Milli Aviasiya Akademiyasının I qrup ix­ti­sas­la­rı üzrə təhsil almaq istəyən abituriyentlər ərizə­lərində imtahan verəcəyi xarici dil kimi ingilis dilini seçməlidirlər.

7.Milli Aviasiya Akademiyasının “Uçuş mühən­disliyi” ixtisasına 23 yaşına çatmamış kişi cinsli abituriyentlər, “Hava nəqliyyatının hərəkətinin təşkili”    ixtisasına isə 23 ya­şına çatmamış həm kişi, həm də qadın cinsli abi­turiyentlər ərizə verə bilərlər.

8. “ADA” Universitetinin I qrupa daxil olan ixtisasları üzrə müsabiqəyə ümumi balı 300-dən, II və III qruplara daxil olan ixtisasları üzrə müsabiqəyə isə 400-dən az olmayan abituriyentlər buraxılırlar.
A)“ADA” Universitetinin ixtisaslarının mü­sabiqəsinə beynəlxalq SAT imtahanı üzrə ən azı 1100 bal toplayan (esse tələb olunmur), həmçinin ya IELTS Academic üzrə minimum 5.5, ya IBT üzrə minimum 62, ya PTE üzrə minimum 42 və ya Duolingo English Test üzrə minimum 90 balı olan abituriyentlər də buraxılacaqlar.
B)“ADA” Universitetinin “Hüquqşünaslıq” ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır.

9.Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin “Hərbi tibb” və “Stomatologiya” ixtisasları üzrə 15.09.2020-ci il tarixinədək  16 yaşı tamam olan, lakin 23 yaşı tamam olmayan mülki ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini bitirmiş Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları təhsil ala bilərlər.

10.V ixtisas qrupu üzrə müsabiqə qəbul imtaha­nı­nın birinci mərhələsinin və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılır. Orta məktəbləri cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər qəbul imtaha­nı­nın birinci mərhələsi üzrə imtahan vermirlər və müsabiqədə cari ilin buraxılış imta­hanındakı nəticələri əsasında iştirak edirlər.

11. Qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.
A)Qəbul imtahanının birinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın müddəti 3 saatdır.
B)Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər birinci mərhələ üzrə imtahan vermirlər və müsabiqədə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

12.2019-cu ildə keçirilmiş qəbul imtahanlarının birinci mərhələsinin nəticəsi 2 il qüvvədə olduğundan, abituriyent cari il üzrə müsabiqə şərtlərini ödədiyi halda həmin nəticə əsasında cari tədris ilində ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak edə bilər. Lakin abituriyentin I-IV ixtisas qrupları üzrə müsabiqəyə buraxılması üçün cari ildə qəbul imtahanının ikinci mərhələsində iştirakı zəruridir. Qeyd olunanları nəzərə alaraq, 2019-cu ildə qəbul imtahanının I mərhələsində (buraxılış imtahanında) iştirak edən abituriyent cari ildə qəbul imtahanının I mərhələsində iştirak etməyə bilər. Bu zaman həmin abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür.

13.Əlilliyi olan abituriyentlər üçün imtahan zamanı əlverişli şərait yaradılır. Bu abituriyentlər əlilliyi təsdiq edən sənədlərin əslini imtahandan ən azı 10 iş günü əvvəl DİM-ə və ya onun regional bölmələrinə təqdim etməlidirlər.

14.Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların əri­zələrinin qəbulu 2020-ci il iyunun 1-dən 15-dək internet vasitəsilə aparılır.
A)Müsabiqədə iştirak ödənişsizdir.
B)Cari ildə qəbul imtahanında iştirak edən subbakalavr öz istəyindən asılı olaraq, həm imtahanda topladığı bal ilə abituriyent kimi ümumi qaydada, həm də subbakalavr kimi qəbul imtahanında iştirak etmədən orta ixtisas təhsili səviyyəsində bitirdiyi ixtisasa uyğun ali təhsil pilləsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər.

15. Bu şəxslər sənədlərini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədənonline – elektron qaydada özləri təsdiq edirlər:
A)Cari ilin bütün orta məktəb məzunları
B)ümumi təhsil müəssisələrini 2012-ci və ondan sonrakı illərdə bitirən qadın cinsli abituriyentlər
C)ilk peşə-ixtisas təhsili müəssisələrini 2013-cü və ondan sonrakı illərdə bitirən qadın cinsli abituriyentlər;
D)2012-ci və ondan sonrakı illərdə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizə verib onu təsdiq etdirmiş qadın cinsli abituriyentlər.