Tətil dayandırıldı – “Azərbaycan Dəmir Yolları”ndan BƏYANAT

0
147

“Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialı Axalkalaki dəmir yolu stansiyasında işçilərin tətili ilə bağlı bəyanat yayıb.

Terefsiz.az xəbər verir ki, bəyanat görə, filialın nümayəndələri və işçilər arasında Axalkalaki dəmir yolu vağzalı ərazisində görüş keçirilib.

Görüşdə işçilərin əməkhaqları ilə bağlı yaranan borcun ödənilməsi ilə bağlı məsələ müzakirə olunub.

Danışıqlardan sonra işçilər tətili dərhal dayandırıblar. Şirkət maaşların iyulun 24-dən etibarən ödəniləcəyinə söz verib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinin inşasını həyata keçirir. Bu gün Axalkalaki stansiyasına Türkiyədən yük qatarı gəlib. Əməkhaqlarının bir neçə ay ödənilməməsinə etiraz edən işçilər relslərin üstündə oturublar. Şirkət nümayəndələri ilə danışıqlardan sonra işçilər etirazı dayandıraraq, işlərini davam etdiriblər.

İstinad:  Report.az

Terefsiz.az