İngiltərənin “British” Hava Yollarına məxsus “Boinq-787” markalı sərnişin təyyarəsi İstanbul Hava Limanında qəza enişi edib.
Terefsiz.az xəbər verir ki, buna səbəb Hindistanın Çennai şəhərindən Londona uçan təyyarənin sağ mühərrikində yaranan nasazlıq olub. Qəza enişi problemsiz başa çatıb.
Texniki baxış zamanı məlum olub ki, mühərrikdə yağ sızması baş verib.
Terefsiz.az