“Taliban”: “Qadınlar ölkə həyatının bütün sahələrinə cəlb edilməlidir”

0
107

Əfqanıstanda “Taliban” hökumətinin xarici işlər nazirinin müavini Şer Məhəmməd Abbas Stanekzay qadınları “görməzdən gəlməməyə” və onları siyasət və iqtisadiyyata cəlb etməyə çağırıb.

“Terefsiz.az” xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

“Biz cəmiyyətdə qadınları görməməzlikdən gələ bilmərik. Onlar siyasətdə, iqtisadiyyatda və ölkənin yenidən qurulmasında öz rollarını oynamalıdırlar”, – Stanekzay deyib.

Onun sözlərinə görə, hər iki cinsin nümayəndələri “dövlət quruculuğuna töhfə verməlidirlər”.

Təkcə kişilər yox, bizim işçi qüvvəmizdə qadınlara da ehtiyacımız var”, – o əlavə edib.

terefsiz.az