“Küləklə sovrulanlar” filmindəki rolu ilə dünyada məşhurlaşmış 104 yaşlı aktrisa Oliviya de Hevillend vəfat edib.
Terefsiz.az xəbər verir ki, məşhur sima Parisdəki evində həyatını itirib.
Aktrisaya məşhurluq gətirən film 1939-cu ildə lentə alınıb. O, iki dəfə “Oskar”, iki dəfə isə “Qızıl qlobus” mükafatını almışdı.