Dünən facebooke sosial şəbəkəsində məşhur aktyor və aparıcı Azər Axşamın deyilənə görə həyat yoldaşına aid profilindən bir şəxslə yazışması gündəmi zəbt etdi.
Terefsiz.az xəbər verir ki, o profili işlədən şəxs milli qəhrəman Mübariz İbrahimov haqqında təhqiramiz, şəxsiyyətə yaraşmayacaq ifadələrlə öz fikrini çatdırıb.
Bununla bağlı Sairə Nəbizadə Azər Axşamla bir başa əlaqə saxlayaraq, bu məsələyə aid fikrini öyrənib.
Azər Axşam daha sonra bildirib ki, o hüquq mühadizə orqanlarına bu haqda xəbər verərək, həyat yoldaşının adında profil açaraq, bu cür hərəkətə yol verən şəxsi tez zamanda tapmağını xahiş edib.
Müəllif: Xanım Əliyeva.
TEREFSİZ.AZ