İki tanınmış jurnalist – Ləman Ələşrəfqızı və Afət Telmanqızı yeni internet kanalı qurur.
Terefsiz.az xəbər verir ki, bu barədə gununsesi.org-a daxil olan xəbərdə bildirilir.
Məlumata görə, internet tv-nin yayımı üçün bütün texniki işlər başa çatdırılıb.
Açıqlamasında xəbəri təsdiq edən Ləman Ələşrəfqızı kanalın adını da söyləyib:
“Kanalımız “LAF” TV adlandırılacaq. Tamaşaçılarla görüşə mayın 28 də – Respublika Günü gələcəyik”, – deyə o bildirib.