İstanbul Ədliyyə Sarayında İbrahim Özkan adlı şəxs özünü 7-ci mərtəbədən ataraq intihar edib.
Terefsiz.az xəbər verir ki, məşhur yazıçı Seray Şahinərin həyat yoldaşı olan İbrahim içkili şəkildə avtomobil idarə etdiyi üçün mühakimə olunub və ona 4 ay 5 gün həbs cəzası verilib. Məhkəmə hökmün icrasını təxirə salsa da, 35 yaşlı Özkan özünü öldürmək qərarına gəlib. Yaralı halda xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, İbrahim Özkan Seray Şahinərlə bir müddət əvvəl evlənib. Onun həbs edilməsə də, hansı səbəbdən intihara əl atması hələlik bilinmir.