Tanınmışların axın etdiyi “Ağır romantik”-in qalasında YAŞANANLAR – FOTO

0
1943

Ötən gecə işgüzar xanım Ruhi Əliyevanın rəhbərliyi ilə “Liatris Yapım”ın ərsəyə gətirdiyi “Ağır Romantik” filminin möhtəşəm qala-gecəsi baş tutub.

TEREFSİZ.AZ xəbər verir  ki, təqdimat mərasiminə ekran işinin baş rol ifaçıları Onur Tuna Tuvana Türkay və Durul Bazan təşrif buyurublar. Qonaqlar Türkiyəli sənət adamlarını böyük coşğu ilə qarşılayıblar. Gecədə mədəniyyət, ictimaiyyət, şou-biznes nümayəndələri qonaq qismində iştirak ediblər.

Xalq artisti Brilliant Dadaşova, Əməkdar artistlər Aybəniz Haşımova, Dilarə Əliyeva, müğənnilər Lətifə Soyuöz, Günay İbrahimli, Ayaz Babayev, aparıcılar Nanə Ağamalıyeva, Zümrüd Bədəlova, Kamilə Babayeva, prodüser Tarix Əliyev,  “Bu şəhərdə” komandasının üzvləri, Əməkdar artistlər Rafael İskəndərov, Coşqun Rəhimov, Müşviq Abbasov, Hacı Nuran və digərləri Ruhi Əliyevanı təbrik edənlər arasında olublar.

İlk olaraq qırmızı xalı üzərindən filmin yaradıcısı Ruhi Əliyeva keçib. O, ekran işinin uğurundan danışıb: “İnşallah ki, filmimizi bəyənərsiniz. Mənim üçün əsas sizin fikirləriniz və baxışınızdır. Güman edirəm ki, ekran işini bəyənib məni təbrik edərsiniz, çünki bunu çox istəyirəm. Bu, tək mənim uğurum deyil, Azərbaycanın, mədəniyyətimizin ümumiyyətlə hər birimizin uğuru və başucalığıdır. Mən azərbaycanlı iş xanımı olaraq ilk addımımı atıb Türkiyənin film sektoruna daxil oldum. Məndən sonra kimlər bu işlə məşğul olacaqsa, indidən uğurlar arzu edirəm. Filmin sonunda Ruhiyyə Əliyeva imzası var. Məncə bununla qürurlanmaq lazımdır, çünki mən sizin Ruhinizəm”.

Ruhi Əliyeva bildirib ki, “Ağır romantik” filminin imza günündə tamaşaçılar daha çox Onur Tuna ilə maraqlanıblar:
 “İmza günündə əsl izdiham yaşandı. Sən demə, Onuru daha çox sevirlərmiş. Hər kəs orda onun üçün göz yaşı tökdü. Sözün düzü, məndə bir az qısqanclıq yarandı (gülür). Təəbii ki, bu bir zarafatdır. Əsas odur ki, filmimizin baş rol ifaçısı tamaşaçılar tərəfindən böyük rəğbətlə və maraqla qarşılandı”.

R. Əliyeva vurğulayıb ki, yerli aktyorlar arasında Könül Nağıyevanı bəyənir:
 “Onu filmimizdə görmək istəyirdim, amma alınmadı. Könül çox bacarıqlı və istedadlı aktrisadır, Türkiyədə fəaliyyət göstərir. Növbəti layihələrimdə düşünürəm ki, o yer alacaq. Amma “Ağır romantik” filmi türk rejissorunun və ssenaristin məhsulu olduğuna görə düşündüm ki, orda türk aktyorları çalışsa, daha yaxşı olar”.

İş xanımı media işçilərinə də təşəkkürünü bildirib: “Mətbuat nümayəndələri həmişə mənim üçün önəmli olublar, çünki hər bir işimdə mənimlə birgədirlər.  Gördüyüm hər layihənin uğurunu böyük həvəslə işıqlandırıblar. Bu filmi də onların öhdəsinə buraxıram”.

İşgüzar xanım ekran əsərinin çətinliklərindən söz açıb: “İnanın ki, mən bu filmdən sonra aktyorlarıı daha yaxşı anlamağa başladım. Çox çətin və ağır peşədir. Bu qədər stressin, həyəcanın içində onlar yenə də öz işlərini layiqli şəkildə nümayiş etdirdilər. Buna görə də onlara bir daha valeh oldum. Ümumiyyətlə film sektorunda olmaq çox çətindir”.

Ruhi Əliyeva bildirib ki, “Ağır romantik” Azərbaycanla Türkiyə arasında mədəni körpü yaradacaq: “Əslində bu layihədən öncə mənə Rusiyadan bir qorxu filmini ərsəyə gətirməyi təklif etdilər, amma mən razılaşmadım. Çünki bizə canımız -qanımız qədər yaxın olan  ölkə Türkiyədir. Ona görə də ilk işimi məhz bu ölkəylə başladım”.

Daha sonra isə milyonların sevimlisi “Ağır romantik” filminin Keremi filmlə bağlı öz təsüratlarını bölüşüb: “Bakıya ilk gəlişimdir. Paytaxtınızı çox sevdim. Həqiqətən gözəl şəhərdir. Həm memarlıq, həm də qonaqlara münasibət baxımından möhtəşəmdir”.

Aktyor azərbaycanlı seyrçilərin sıcaq münasibətinə belə qarşlılıq verib: “Azərbaycandakı bütün pərəstişkarlarıma təşəkkürümü bildirirəm. Hamısı canlarımdır, mükəmməldilər. Hər addımda onların sevgisinin, mehribanlığının şahidi oluram. Aktyor üçün sevilmək, gördüyün işin bəhrəsini görmək böyük sevincdir. İmza günündə də bildirdiyim kimi, əgər, kimsə Azərbaycandan “Mucize Doktor”-un çəkilişinə gəlib bizi görmək istəsə, başımın üstündə yeri var. Şəxsən özüm onlara diqqət ayıracam. Təəssüf ki, Bakıda çox qala bilmirəm, çünki serialın çəkilişləri gərgin qrafiklə davam edir”.

Məşhur aktyor Neslihan Atağülün onun bacısı olması haqda deyilən söhbətlərə də aydınlıq gətirib: “Biz bacı-qardaş deyilik. Sadəcə,  illər öncə bir serialda rol almışdıq, orda ögey bacı qardaş idik. Tamaşaçılar da illərlə bizi belə yaraşdırdılar. Neslihan canımdır, çox sevdiyim dostumdur. Ona hər zaman dəstəkləyirəm və yanındayam”.

“Ağır romantik” filminin Aslısı da birinci dəfədir ölkəmizin qonağı olduğunu qeyd edib: “Azərbaycana gəldiyim üçün çox şadam, burda məni çox gözəl qarşıladılar. Bu isə bir daha sübüt edir ki, biz iki qardaş ölkələrik. Ruhi xanıma xüsusi təşəkkür edirəm. Çünki istər burada, istərsə də Türkiyədə çəkilişlər zamanı nə istədik, ən gözəl şəkildə təşkil etdi. Filmin təqdimatı həm “Sevgililər günü”nə, həm 8 Mart Beynəlxalq Qadınlar bayramına, həm də Ruhi xanımın doğum gününə özəl təqdim olundu. Biz də Türkiyənin ağır dönəmlər keçirdiyi vaxtlarda həmişə ona dəstək olan Azərbaycana gəlməyi və şəxsən sizlərə təşəkkür etməyi özümüzə borc bildik. Mənim də Bakıya ilk gəlişimdir. Sizi çox sevdim, çox pozitivsiniz”.

Tuvana Türkay bildirib ki, heç bir kaprizi yoxdur: “Deyirlər ki, ulduzların kaprizi var, amma biz də elə bir şey yoxdur. Çünki çalışdığımız mühitin insanlarını, ailəmizdən çox görürük. Bu işdə heç bir kaprizin olması mümükn deyil. Sözsüz ki, sıxıntılarımız olur, amma bunu biruzə vermək düzgün deyil”.

Aktrisa bütün Azərbaycan xanımlarını
 8 Mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə təbrik edib: “Qadın üçün bayram ancaq bir gündən ibarət olmamalıdır. Onlar hər gün, hər saniyə xatırlanmalıdırlar. Təssüf ki, son zamanlarda qadına şiddət artıb, amma bu cür hadisələr qətiyyən yaşanmamalıdır. Bunların bitməsi üçün sosial layihələr çoxalmalıdır, biz də dəstək olmalıyıq. Çünki bizim ölkədə də qadın olmaq çox çətindir. Qadınlara nə fiziki, nə də mənəvi şiddət olmamalıdır”.

Ekran işinin digər aktyoru Durul Bazan Bakıya heyranlığını dilə gətirib: 
“Bu mənim Bakıya ikinci gəlişimdir. Burda özümü ikinci vətənimdə kimi hiss edirəm. Yəni yadlıq çəkmirəm”.

Daha sonra isə filmin nümayışı baş tutub. Həm güldürən, həm də kövrəldən film qonaqlar tərəfindən maraqla qarşılanıb.

Sonda isə filmin yaradıcı heyəti gələn hər kəsə təşəkkürünü bildirib.

istinad:news24.az

Terefsiz.az