Tarixə ekskursiya: Madlen Olbrayt BMT TŞ-nin Qarabağ münaqişəsinə dair qətnaməsini oxuyur – VİDEO

0
139

 

Sentyabrın 29-da BMT Təhlükəsizlik Şurasında Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı və Azərbaycanın cavab əməliyyatları müzakirə olunacaq.

Bununla bağlı TEREFSİZ.AZ  saytı xəbər verir ki, 1993-cü il avqustun 18-də ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Madlen Olbraytın Təhlükəsizik Şurasında Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini tələb edən BMT qətnaməsini oxuyub.

“Təhlükəsizlik Şurası rəhbərliyinin verdiyi səlahiyyət əsasında Təhlükəsizlik Şurasının bəyanatını elan edirəm.
Sitat: “Təhlükəsizlik Şurası Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazi münasibətləri səbəbindən yaranan gərginliklə bağlı ciddi narahatlığını ifadə edir.
Həmçinin, Təhlükəsizlik Şurası Füzulu bölgəsində hərbi əməliyyatların şiddətlənməsi ilə əlaqədar olaraq narahatlığını ifadə edir.

Təhlükəsizlik Şurası bundan əvvəl Azərbaycanın Kəlbəcər və Ağdam rayonlarının işğalını pislədiyi kimi, Dağlıq Qarabağ ərazisindən Füzuli rayona hücumunu qınayır.

Təhlükəsizlik Şurası regionda sülh və sabitliyə təhlükə yaradan bütün hücumların dayandırılması, qoşunların işğal olunmuş ərazilərdən çəkilməsini tələb edir. Eyni zamanda təcili şəkildə Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz olaraq Füzuli, Kəlbəcər və Ağdam, eləcə də digər işğal olunmuş ərazilərdən çəkilməsini tələb edir.

Təhlükəsizlik Şurası Azərbaycanın və regiondakı digər dövlətlərin ərazi bütövlüyünü və onların sərhədlərinin toxunulmazlığını dəstəkləyir. O, bu düşmənçiliyin münaqişənin sülh yolu ilə həllinə çalışan Minsk Qrupunun Avropa Təhlükəsizlik Əməkdaşlığı Müqaviləsi konfransının qərarlarına təsir etdiyini dair ciddi narahatlığını dilə gətirir. Eyni zamanda bu keçmişdəki münaqişənin yeni kəskinləşməsi mərhələsidir.

Təhlükəsizlik Şurası 853-cü qətnaməsinin yerinə yetirməsini tələb edir. Bu qətnamə dövlətlərdən münaqişənin güclənməsinə və yaxud Azərbaycan Respublikasının ərazisinin işğal altında saxlanmasına kömək edə biləcək silah-sursatların göndərilməsinə qadağa qoyur”, – deyə Olbrayt bildirib.