Tayvanda 6,6 bal gücündə zəlzələ baş verib

0
118

Şənbə günü Tayvanın cənub-şərq sahillərində 6,6 bal gücündə zəlzələ qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, təbii fəlakətin episentri təxminən 1,5 milyon nəfər əhalisi olan Kaosyun şəhərindən 116 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat, dağıntılar və sunami təhlükəsi barədə məlumat yoxdur

terefsiz.az