TDT Qarabağda təbii sərvətlərin qanunsuz istismarını pisləyib

0
70

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı bəyanat yayıb.

“Terefsiz.az”ın Ankara Bürosuna TDT-nin mətbuat xidmətindən bu barədə bildirilib.

“Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı, Ermənistana qaçaqmalçılıq yolu ilə aparılması, Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqlarının qanunsuz mövcudluğu və minalanması, Azərbaycanla Ermənistan arasında münasibətlərin qarşılıqlı hörmət səviyyəsində qalmasını, suverenliyi, ərazi bütövlüyünü  və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozur. Bu qanunsuz hərəkətlər, regionda sülhün və sabitliyin təmin edilməsinə xidmət etmir”, – bəyanatda qeyd edilib.

Bəyanatda Ermənistanın bu qanunsuz əməllərinə dərhal son qoyulmasına çağırış edilib və bununla bağlı Azərbaycanın bütün cəhdlərini dəstəklənib.

Daha sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün Qarabağda Laçın-Xankəndi yolundakı dinc etirazların dəstəkləndiyi bildirilib, Azərbaycan tərəfindən irəli sürülən sülh təşəbbüsü təqdir olunub.

terefsiz.az